İran narahatdır, çünki Azərbaycan...” - Rus ekspertdən şok iddia

İran narahatdır, çünki Azərbaycan...” - Rus ekspertdən şok iddia

"İran Ermənistana yük daşımalarını maneəsiz təmin etmək və Türkiyənin bölgədəki təsirini azaltmağa çalışır”.

Miq.Az xəbər verir ki, bunu rusiyalı siyasi ekspert Aleksandr Skakov İran-Azərbaycan münasibətlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, İran və Azərbaycan arasında silahlı toqquşmanın baş verəcəyi ehtimalı azdır:

"İndi daha çox əsəb savaşı gedir. Çünki İran Qarabağ müharibəsindən sonra özünü kənarda hiss edir. Heç nə əldə edə bilmədi. Amma Tehrana görə xoşbəxtlikdən Qarabağda Amerika və ya NATO sülhməramlıları yoxdur. Buna baxmayaraq, Türkiyənin Azərbaycandakı mövqelərini möhkəmləndirməsi İranı həyəcanlandırır”.

Skakov İranın müharibədən qalibiyyətlə çıxan Azərbaycanın sürətli irəliləyişinə mane olmaq istəyir:

"Proseslərə daha qlobal miqyasda baxanda görürük ki, Tehranda Azərbaycanın həddindən artıq irəlilədiyi düşünülür və bunu dayandırmaq istəyi var”.(teleqraf.com)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az