İran parlamentinin üzvü: “Azərbaycanın atəşkəs qərarı təqdirəlayiq addımdır

İran parlamentinin üzvü: “Azərbaycanın atəşkəs qərarı təqdirəlayiq addımdır”
"Azərbaycanın bir tərəfli atəşkəs elan etməsi təqdirə layiq və qəhrəmancasına atılmış bir addımdır”.
 
Bunu APA-ya İran parlamentinin Ərdəbil əyalətindən olan nümayəndəsi Kəmaləddin Pirmüəzzin deyib. O, qarşı tərəfin də vəziyyətin stabilləşməsinə yardım edəcəyinə ümid etdiyi bildirib. "Bütün iranlılar, xüsusi ilə Azərbaycan əyalətlərində məskunlaşan əhali hər iki tərəfi təmkinli olmağa və vəziyyəti sabitləşdirməyə çağırır. Bizim ürəyimiz Azərbaycan xalqının yanındadır. Digər ölkələrin  münaqişə tərəflərini qızışdırmağa çalışması yolverilməzdir, onların belə addımları bölgədə yeni bir müharibənin başlanmasına xidmət edir”-  deə, o, əlavə edib.
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az