“İran və Qazaxıstan üçün rahat il olmayacaq, Ermənistanla mart ayında…” -EKSTRASENS

“İran və Qazaxıstan üçün rahat il olmayacaq, Ermənistanla mart ayında…” -EKSTRASENS


"2023-cü ilin proqnozları o qədər də ürək açan deyil. Rusiya müharibəsi 2023-cü ildə öz möhürünü vumalıdır”.

Miq.Az bildirir ki, bu sözləri tanınmış ekstasens Zirəddin Rzayev "Baku TV”- gələn il üçün verdiyi proqnozlarında deyib.

Onun sözlərinə görə, 2023-cü il xüsusən İran və Qazaxıstan üçün rahat il olmayacaq: "Bu iki ölkədə daxili mitinqlər və hərbi müdaxilələr istisna olunmur”.

Görücünün sözlərinə görə, gələn il Türkiyədə yeni terror aktının baş verməsi istisna olunmur.

Z.Rzayev Azərbaycanla bağlı bəzi proqnozlarını açıqlayıb. Onun sözlərinə görə, 2023-cü ilin fevral-mart və noyabr-dekabr aylarında Ermənistanla münasibətlərdə "hər hansı qığılcımlar” baş versə də ümumilikdə xoşagəlməz hadisələr və böyük müharibə gözlənilmir. "Azərbaycanın sənaye müəssələrində yanğın baş verməsi ehtimalı böyükdür. Bunun zavod yoxsa fabrik ola biləcəyini deyə bilmərəm. Amma yanğın ehtimalı böyükdür”-deyə Z.Rzayev vurğulayıb.

Ekstrasens həmçinin gələn il dünyada qıtlıq təhlükəsinin olacağına dair proqnoz verib.

Z.Rzayev bildirib ki, 2023-cü il ümumilikdə 2022-ci ildən fərqlənməyəcək.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az