İranda seçki vaxtı silahlı atışma olub - 4 yaralı

İranda seçki vaxtı silahlı atışma olub - 4 yaralı
İranın cənubunda, Fars əyalətinin Mamasani bölgəsində parlamentə keçirilən seçkilərin II turunda mühafizəkarların tərəfdarları ilə islahatçıların nümayəndələri arasında atışma nəticəsində 4 nəfər yaralanıb.

Bunu İranın daxili işlər nazirinin müavini Hüseyn Zülfüqari bildirib.

Onun sözlərinə görə, atışma deputatlığa namizədlərin tərəfdarlarının "rəqabəti"nin nəticəsidir. Nazir müavini qeyd edib ki, bölgədə təhlükəsizlik rejimi tətbiq olunub və günahkarlar axtarılır.

Qeyd edək ki, İran İslam Şura Məclisinə seçkilərin ikinci turu keçirilir. Ölkənin 21 əyalətində 55 dairə üzrə 69 yerə 136 nəfər namizədliyini irəli sürüb. Onların 53-ü mühafizəkar, 38-i islahatçı xətt tərəfdarı, 45-i isə müstəqil namizəd sayılır.

İranda parlament seçkilərinin birinci turu bu il fevralın 26-da keçirilib. Həmin tarixdə parlamentdəki 290 yerə 221 deputat seçilə bilib. Onların 46 faizi mühafizəkar, 37,5 faizi islahatçı, 16,5 faizi isə bitərəf sayılır. /report/

Miq.az 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az