İranda Türk dilinin tədris olunması məsələsi gündəmə gəlib

İranda Türk dilinin tədris olunması məsələsi gündəmə gəlib
Türk dili Azərbaycanın məktəb və universitetlərində tədris olunmalıdır.
 
Axar.az gunaz.tv-yə istinadən xəbər verir ki, bunu İran parlamenti seçkilərinin ikinci turuna Təbriz, Üskü və Azərşəhrdən namizədliyini irəli sürən Seyid Məhəmmədrza Tacəddini deyib.
 
"Hər dilin öz xüsusiyyətləri var, ona görə də bütün dillər qorunmalıdır. Türk dilinin məktəb və universitetlərdə tədris olunmasına heç bir qadağa qoyula bilməz, bu bizim xalqın ana dilidir. İran mədəniyyətinin qorunması naminə digər mədəniyyətləri məhv etmək doğru yanaşma deyil, onların hamısı qorunmalıdır”, - Tacəddini bildirib.
 
O, türk dili və ədəbiyyatının qorunması üçün türk dili mədəniyyət evinin fəaliyyət göstərməsini də önəmli sayıb.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az