“İranı dayandırmaq üçün hər şey edəcəyəm…” –İsrailin Baş naziri İsfahana hucumdan danışdı
srailin Baş naziri Binyamin Netanyahu bildirib ki, Tehranın nüvə silahı əldə edə bilməməsi üçün hər şey edəcək.
Azpost.info bildirir ki, Baş nazir bu barədə CNN-ə müsahibəsində deyib.
"Birinci yerdə İran gəlir. Hər şey edəcəyəm ki, Baş nazir olduğu zaman İran nüvə arsenalı əldə edə bilməsin”-deyə Netanyahu vurğulayıb.
Baş nazir deyib ki, İranın nüvə silahı əldə edəcəyi təqdirdə o təkcə İsrail üçün yox, həm də ABŞ üçün təhlükə yaradacaq. Tehranla imzalanmış "yüzlərlə saziş” isə təhlükənin önlənməsinə kömək etməyəcək.
"İranı dayandırmaq üçün yeganə vasitə dağıdıcı iqtisadi sanksiyalar, ən mühümü isə etibarlı hərbi təhlükədir”-deyə Baş nazir vurğulayıb.
Netanyahu İsrailin İranın hərbi obyektlərinə hucumunda əli olmasını nə təkzib nə də təsdiq edib: "Mən heç vaxt konkret əməliyyatlar barədə danışmıram…Hər dəfə Yaxın Şərqdə partlayış baş verəndə İsraili günahlandırırlar yaxud məsuliyyəti onun üzərinə qoyurlar. Bəzən məsuliyyət bizdə olur, bəzən yox!”-deyə Netanyahu ikibaşlı cavab verib.