İrəvanda hava hücumu qorxusu - Həyəcanlı anlar yaşanır

İrəvanda hava hücumu qorxusu - Həyəcanlı anlar yaşanır
Ermənistanın paytaxtı İrəvanda həyəcanlı anlar yaşanır.

 

Modern.az xəbər verir ki, bu haqda "Hraparak" nəşri məlumat yayıb.

 

Bildirilib ki, İrəvanda binalara və yol kənarlarına hava hücumu siqnalından sonra necə hərəkət etmək barədə göstərişlərin yer aldığı vərəqlər vurulub.

 

Xəbərdaredici vərəqlər əsasən İrəvanın mərkəzində yerləşən Kentron rayonundakı binaların girişlərinə yapışdırılıb. Bununla vətəndaşlara hava hücumu siqnalından sonra davranış qaydaları izah edilir və ən yaxın sığınacaqların ünvanı göstərilir.

 

Qeyd edək ki, sözügedən elanın kimlər tərəfindən hazırlandığı və hansı məqsədlə binalara vurulduğu məlum deyil.



 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az