İrəvanda xalq üsyanı (CANLI YAYIM)

İrəvanda xalq üsyanı (CANLI YAYIM)

Polisin xəbərdarlıqlarına baxmayaraq, İrəvanın mərkəzi Baqramyan prospektində - Prezident Administrasiyasının yaxınlığında elektrik enerkisinin bahalaşmasına qarşı etiraz aksiyası daavam edir. Musavat.com xəbər verir ki, polisin çağırışlarına və hədələrinə məhəl qoymayan aksiya iştirakçıları prospekti tərk etməyiblər. Bu dəqiqələrdə Baqramyan prospekti bağlıdır və aksiya iştirakçıları yolun hərəkət hissəsində oturaq aksiya keçirirlər.

***

03.10

İrəvanın polis rəisinin müavini Valeri Osipyan elektrik enerjisinin bahalaşmasına etiraz edən nümayişçilərə Ermənistan paytaxtının mərkəzi prospektini tərk etməyə və aksiyanı Azadlıq meydanında davam etdirməyi təklif edib. O, bunu nəqliyyatln hərəkatının bərpası ilə əsaslandırıb.

Qeyd edək ki, iyunun 19-dan Azadlıq meydanında oturaq aksiya keçirən nümayişçilər ötən axşam Prezident Administrasiyasına doğru yürüş ediblər. Polis aksiya iştirakçılarını Administrasiya binasının yaxınlığında - Baqramyan küşəsində dayandırıb.
***

02.09

Polis hələlik İrəvanın mərkəzindəki nümayişçilərə güc tətbiq etməkdən yayınır. Musavat.com "Novosti Armeniya"ya istinadən xəbər verir ki, bunu jurnalistlərə İrəvanın polis rəisinin müavini Valeri Osipyan deyib.

"Biz vəziyyəti nizamlamaq istəyirik. Əməkdaşlarımız izahat işləri aparırlar. Düşünürəm ki, bu addımlar uğurlu olacaq", - polis rəisinin müavini bildirib.

Bununla belə, Valeri Osipyan bəyan edib ki, qanunsuzluqlar sonsuz davam edə bilmız.

Qeyd edək ki, polis nümayişçilərə güc tətbiqi ilə bağlı xəbərdarlıq edib.
***

00.28

İrəvanınBaqramyan küçəsində keçirilən aksiyaya vilayətlərin sakinləri də qoşulmağabaşlayır. Musavat.com NEWS.am-a istinadən xəbər verir ki, oturaq aksiya 3saatdır davam edir. Aksiya iştirakçılarının sahyı artır. Fəallar bildiriblərki, Gümrü və Sevan sakinləri də etiraz aksiyasına qoşulublar.

Bəziməlumatlara görə, İrəvanda yollar bağlanıb.

***

22-06-2015; 22.26

Ermənistan polisi İrəvanda elektrik enerjisinin bahalaşmasına qarşı aksiyanı qanunsuz elan edib. Musavat.com News.am-a istinadən xəbər verir ki, polis aksiyanın dağıdılacağını bildirib, fiziki güc və xüsusi vasitələrdən istifadə ediləcəyi barədə xəbərdarlıq edib.

ArmeniaToday xəbər verir ki, polis jurmalsitlərdən aksiyanın keçirildiyi Baqramyan küçəsini tərk etməyə çağırıb. Vəziyyət gərgindir. Xeyli sayda polis əməkdaşı və mülki geyimli əraziyə gətirilib.

Ermənistan prezidenti Serj Sarkisyan aksiya iştirakçılarının 3-4 nümayəndəsini qəbul etməyə hazır olduğunu bildirib. Lakin fəallar prezidentin tələbini rədd ediblər.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az