İsa Həbibbəylinin nəvəsi universitetə imtahansız qəbul olunub?

İsa Həbibbəylinin nəvəsi universitetə imtahansız qəbul olunub?
Sosial şəbəkələrdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin nəvəsi İsa Səhət oğlu Həbibbəylinin qeyri-qanuni yolla tələbə adını qazanması barədə məlumatlar yayılıb.

Onun orta məktəbi qızıl medalla bitirdiyi, universitet və ixtisas seçimini imtahansız edərək ali məktəbə qəbul olunduğu bildirilir.

AMEA-nın Mətbuat xidməti yayılan məlumatın əsassız olduğunu açıqlayıb: "Sosial şəbəkələrdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin nəvəsi İsa Səhət oğlu Həbibbəylinin qeyri-qanuni yolla ali məktəb tələbəsi olması və ali məktəbə imtahansız qəbul edilməsi haqqında yayılan və tirajlanmaqda davam edən məlumatların hər ikisi yalandır.

Həbibbəyli İsa Səhət oğlu hazırda orta məktəbin onuncu sinif şagirdi kimi təhsilini davam etdirir”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az