Müsavat Partiyasının başqanı İsa Qəmbər ona qarşı hücumla bağlı «Amerikanın səsi»nə açıqlama verib.
“Lənkəran şəhərinin girəcəyində bizə hücum oldu. Bir neçə maşın qarşımızı kəsib, təhlükəli vəziyyət yaratdı. Maşınlardan enən şəxslər və hardansa peyda olan bir qrup insan hücuma keçdi. Bizə fiziki xəsarət yetirməyə çalışırdılar.»
Hücumun polisin şəxsi təşəbbüsü ilə deyil, hakimiyyətin ən yüksək şəxslərinin tapşırığı ilə həyata keçirildiyini düşünürəm.
Bəzi ekspertlər bunu sui-qəsd kimi qiymətləndirdə də, mən hələ bu haqda heç nə deyə bilmərəm. Lakin hücumu hökumətin təşkil etdiyi təxribat kimi dəyərləndiririk. Maşınlarımızın qarşısının kəsilməsi təxribatın həyata keçirilməsi üçün vaxt qazanılması məqsədi daşıyırdı.
Hücumun polisin şəxsi təşəbbüsü ilə deyil, hakimiyyətin ən yüksək şəxslərinin tapşırığı ilə həyata keçirildiyini düşünürəm.
Mənim prezidentliyə namizəd göstərilməyimdən sonra təxribatın baş verməsi hakimiyyətin niyyətlərindən xəbər verir, seçkilərə nə cür yanaşacağından xəbər verir.
«Azərbaycanın məhkəmə sistemi hər zamankı kimi mənasız, məntiqsiz, qanuna zidd qərarlar çıxarsa, biz Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyik. Hakimiyyətin təxribatı və qəsdi bizi yolumuzdan saxlamayacaq. Biz seçkilərdə iştirakımızı davam etdirəcəyik,» deyə Müsavat başqanı bildirdi.
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”
Rəsmi Bakı CNN-in yaydığı məlumatları rədd etdi – Bəyanat
"Salamat yeri yox idi, pulqabını meyitin üstünə atmışdı" - Gülüzarın qardaşı
Azər Həsrət: “Cəhalət, xurafat tərəfdarı olanlar nə düşünməyə, nə də sorğulamağa imkan verir”
İqbal Ağazadə: “Qaz, işıq limiti ləğv edilməlidir”
Həbsxanada özünə ad günü edən general - DOSYE