Rəsul-Quliyev: “ Milli Şuranın vahid namizədi İbrahimbəyov oldu-olmadı”.
Uzun illərdi Okianın o tayında ABŞ-na sığınan sabiq spiker Rəsul Quliyevlə Müsavat Partiyası arasında başlanan söz diellosu davam edir. Bu dəfə Rəsul Quliyev Facebook.com səhifəsindən Müsavatçılara ismarıc göndərib.
Vətninfo.az olaraq sabiq spikerin Müsavt Partiyası və İsa Qəmbər haqqında yazdıqlarını təqdim edirik.
Musavat partiyasından mənə yönəldilmiş mesajlara son dəfə aydınlıq gətirmək istəyirəm.
Birincisi qeyd etmək istəyirəm ki, İsa Qəmbər şəxsiyyətinə fərdi şəkildə heç vaxt nə neqativ nə də pozitiv münasibətim olmayıb və ətrafındakı partiya funksionerləri ilə müqayisədə kifayət qədər yüksək intlektualının olmasınıda şübhə altına almamışam. Bir daha qeyd etmək istəyirəmki mən onun apardığı siyasətin düzgün olmadığını və keçdiyi yolun bunu təsdiqlədiyini qeyd etmişəm və yenə faktlarla bunu sübut edə bilərəm. Hörmətli Gülağa müəllimin iddiasıda mütləq mənada düzgün deyildir. Əlbəttə onun Milli Şuranın vahid namizədi kimi prezidentliyə namizədliyini irəli sürmək istəməsinə etiraz etmirəm. Və bilirəm ki, o və siz belə bir fikrə düşməmisiniz,çünki Milli Şura istənilən variantda, R.İbrahimbəyov olsada- olmasada onun vahid namizəd olmasına səs verməz,bu müzakirə obyekti deyildir, aksiomadır. Mən onun fərdi və ya partiyanın qərarı ilə prezidentliyə namizəd olmasının dağıdıcı rol oynayacağından yazmışam. Bu günün özü seçkilərə 2 aydan bir az çox qaldığı vaxtda ölkədəki vəziyyəti yaxşı bilirsiniz. Hələ ki, xalq dərin depresiyadadır. Bu depresiya Putin seçkilərə qədər Azərbaycana gəlib demokratiya üçün müəyyən ciddi mesajlar verməsə dahada dərinləşəcək. Əlbəttə ən yaxşı variant Putinin seçkilərdən sonra Bakıya səfəri olardı. İndi Milli Şuranın vəzifəsi Putinə RF-nın səfirliyi vasitəsi ilə təcili məktub göndərməsi olmalıdır. İndi siz özünüz təsəvvür edin,İsa Qəmbər seçkilərdə iştirak edir və rəsmi 2-3 faiz səs toplayır. Səslər belə olacaq 75-80 faiz İ.Əliyev 2-ci və 3-cü yerlərdə kimlərsə,4-cü yerdə İ.Qəmbər. Sizdə ,bizdə seçkilər saxtalaşdırıldı deyib hay küy saldıq. Nəticəsi nə olacaq. Heç bir şey. Beynəlxalq təşkilatlar bəli, azad seçki keçrilmədiyini təsdiqləyəcəklər, pərdə arxası hanı o səsləri saxtalaşdırılmışlar niyə küçələrə çıxmırlar. Adamları küçələrə çıxarda biləcəyikmi yox. Nəticədə onsuzda zəif olan müxalifət ümumiyyətlə qəbrə qoyulacaq. Müxalifət real yox virtual, qəzetlərdə ,internet səhifələrində,fasebookda fəaliyyət göstərəcək. İki ildən sonra məsələn Müsavat Partiyasından hansı isə rayondan heç kimin tanımadığı bir -iki adamı parlamentə təyin edəcəklər vəssəlam. Ümumiyyətlə Əliyevlərin istədikləri müddətdə hakimiyyətdə qalmaqları üçün yaşıl işıq yandırılacaq. Bu işıq neft pulları azaldıqca xaos şəkilində iğtişaşlar başlayana qədər yanacaq. Bu da hər halda 2020-ci ilə qədərdə davam edə bilər. Mən hamını yaşıl işığın Əliyevlərin qarşısında yandırılmasının iştirakçısı olmamağa çağırıram,başqa məqsədim yoxdur. Mən heç kimi baykota çağırmıram. Mən R.İbrahimbəyov qeydiyata alınana qədər mübarizə aparmağı təklif edirəm. Mən əgər bu proses getməsə seçkilərin keçrilməsinə imkan verməməyə çağırıram.
İkincisi Gülağa müəllim qeyd etdiniz ki,mən uzun müddət Amerikada yaşamağıma baxmayaraq demokratiyadan və konsensusun nə olduğunu bilmirəm. İcazə verin sizinlə razılaşmayım.Hətta ABŞ-a getməmişdən öncə mən parlament və müxtəlif tədbirlərdə demokratiya xalqın inkişafının yeganə yoludur. İqtisadiyatın inkişafı bir başa demokratiyanın səviyyəsindən asılıdır. Yarım diktatura yarım demokratiya ola bilməz. Müxalifətsiz cəmiyyət deqradasiyaya məhkumdur və sair mövzularda total 10- 15 saatlıq çıxışlar etmişəm. Bunlar hamısı videoyazılar və stenoqramlarda öz əksini tapıb. Bunlar şuar deyildir ,real çıxışlardır və məntiqi izahla təsdiqlənib. Düşünürəm ki, onda da demokratiyanın nə olduğunu ən azı sizlər səviyyədə bilirdim. ABŞ demokratiyanın nə olduğunu mənə öyrətmiyib, demokratiyanın real nəticələri ilə riqqətə gətirib.
İnanın ki,demokratiyanın həm ABŞ və həmdə dünyada inkişaf tarixini tək sizin yox,partiyanızda ailə podryadı ilə çıxış edən Dədə Qorqud dastanından tutmuş Fransız,Latın amerikanın publisist şeir yazanlarına qədər ( baxmayaraq ki, bu yazarlar birinci 200-lüyün içərisində deyildir.Həmdə maraqlıdır gör bu şəxsiyət neçə dil bilir) oxuyan intlektualında səviyyəsində bilirəm.