"İsgəndər" raketləri Azərbaycana qarşı istifadə oluna bilər”
""İsgəndər" raket kompleksi hər bir silah kimi qorxu və təhlükə yaradır. Amma bizim cəmiyyətdə heç bir mənfi təsir yaratmağı hiss olunmur. Çünki bu raketin təhlükəsi o qədər də yüksək deyil. Amma bu raketlərdən Azərbaycana qarşı istifadə oluna bilər".
Miq.Az bildirir ki, bu sözləri modern.az-a açıqlamasında hərbi ekspert Azad İsazadə deyib.
Ekspert deyir ki, həmin tipli raketlərdən bizim ordumuzda da var.
"Biz də raketlərimizdən Ermənistan ordusuna qarşı istifadə edə bilərik. Bunu ermənilər də çox yaxşı bilirlər. "İskəndər" raket kompleksi maksimum 300 kilometri vurur. Ermənilər Bakını vurmaq üçün bu raket kompleksini Qarabağda yerləşdirməlidirlər. Əks halda Bakını vura bilməzlər. Amma biz Naxçıvandan Ermənistanın paytaxtın darmadağın edə bilərik".
Azad İsazadənin fikrincə, Qarabağ döyüşlərində də belə bir raketdən istifadə olunmayacaq.
"Çünki "İskəndər" raketinin məqsədi və funksiyası fərqlidir. Ona görə də belə ağır silah formaları daha çox təzyiq və nümayiş formasını daşıyır. Çünki desinlər ki, bizdə belə bir silah var. Gəlməyin üstümüzə. Bu "İskəndər" raketi gələcəkdə nə Azərbaycana, nə də ordumuza heç bir təsir edə biləcək".
Miq.az