İŞİD əsirliyindəki qadın komandiri güllələdi

İŞİD əsirliyindəki qadın komandiri güllələdi
Üç ay əvvəl İraqda İŞİD əsirliyinə düşən kürd qadın qruplaşmanın Əbu Anas adlı yüksək rütbəli komandirini güllələyib.

Vətəninfo.az-ın məlumatına görə, Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, qadın aylardır İŞİD-çi əsgərlərin cinsi istismarına məruz qalırmış. Bunun səbəbkarı onu bu məqsədlə İŞİD silahlılarına verən həmin komandir olub.

Son olaraq komandir kürd qadını bir neçə cihadçı isə müvəqqəti nikaha girməyə məcbur edib. Qadın dəfələrlə Əbu Anası öldürməyə cəhd edib və nəhayət istəyinə çatıb. 
Məlum olaydan sonra qadının aqibətinin necə olduğu məlum deyil. Yerli əhali onun öldürüldüyünü ehtimal edir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az