İŞİD-in 7 kamikadzesi terror törətmək üçün Türkiyəyə keçdi

İŞİD-in 7 kamikadzesi terror törətmək üçün Türkiyəyə keçdi

Türkiyə ərazisində yeni cəbhə açılır. İŞİD terror qruplaşması Türkiyədə PKK-ya qarşı döyüşlərə başlamaq niyyətindədir.

Vətəninfo.az-ın məlumatına görə, Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, İŞİD-in kamikadzeləri diqqət çəkməmək üçün saqqal və bığlarını kəsərək Türkiyəyə daxil olublar.

Türkiyənin xüsusi xidmət orqanları onların PKK-ya qarşı terror aktlarını planlaşdırdığını üzə çıxarıb. Kəşfiyyat qurumlarının Daxili İşlər Nazirliyinə təqdim etdiyi hesabatda qeyd edilir ki, İŞİD İraqın Telafer, Tuzhurmatu və Kərkük şəhərlərindən 7 üzvünü Türkiyəyə göndərib. Onların türkmən və ərəb mənşəli olduğu bildirilir. Hesabatda onlardan 5-i ilə bağlı aşağıdakı məlumatlar verilib: - Brahim Məhəmməd Selmo: kamikadzedir.

- Çingiz Ruşit Abbas: bir ay əvvəl Türkiyəyə gəlib. 45 yaşındadır və İŞİD-in lider heyətində yer alıb.

- Məhəmməd Hüseyn: 4 gün əvvəl Türkiyəyə gəlib. 45-47 yaşlarındadır və İŞİD-in hərbi qanadında vəzifədədir.

- Teymur Abdurrauf Musa: bir həftə əvvəl Türkiyəyə gəlib. İŞİD-in hərbi qanadında vəzifədədir.

- Elmala Əbu Amar: Suriya vətəndaşıdır. Kamikadze olma ehtimalı yüksəkdir.

Türkiyənin xüsusi xidmət orqanları həmçinin PKK-nın dağ heyətindən 7 terrorçunu İstanbula göndərdiyini və onların Egey bölgəsində terror aktlarını planlaşdırdığını müəyyənləşdirib. Ələ keçməməsi üçün daim yerlərini dəyişdirən terrorçular bir-birindən xəbərsiz terror aktlarını həyata keçirməyi planlaşdırır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az