«IŞID Gürcüstana ayaq aça bilməz»-Gürcüstanlı rəsmi

«IŞID Gürcüstana ayaq aça bilməz»-Gürcüstanlı rəsmi
Bunu Vətəninfo.az-a Gürcüstan baş nazirinin milli məsələlər üzrə müşaviri Savalan Mirzəyev  Türkiyə mətbuatında İŞİD-in Borçalıya ayaq açmasına və azərbaycanlıların terror təşkilatına axını ilə bağlı yazıya cavab olaraq bildirib.
 
S.Mirzəyev qeyd edib ki, yazılanlar həqiqətə uyğun deyil: "ABŞ Dövlət Departamentinin ənənəvi dini azadlıqla bağlı illik hesabatında Gürcüstan dini azlıqların təmini məsələsində ilk onluğa düşüb. Dövlət ölkədə milli azlıqların dini dəyərlərinin qorunub, inkişaf etdirməsinə görə 4 din nümayəndəliyinə 4,5 milyon lari ayırıb. Ayrılan pulun altımış faizi İslam dininin qorunması üçün nəzərdə tutulub”.
 
S.Mirzəyev onu da bildirib ki, Gürcüstanda milli azlıqların vicdan azadlığı hüquqları dövlət qanunları çərçivəsində qorunur: "Ölkəmizdə İŞİD-in məscidlərinin açılması xəbəri də düz deyil. İŞİD və vəhabilərin olduğu söylənilir, amma onlara qoşulanlar yoxdur. İŞİD-in Gürcüstana ayaq açması xəbəri yalnız təxribat xarakteri daşıyır. Nə gənc nəslimizin nümayəndələri, nə də yaşlı təbəqəmizin nümayəndələri hansısa terror təşkilatına qoşulmaq barədə fikirləşmir. Bizim öz qayğılarımız var, terror və terrorçuluğu da pisləyirik. Gürcüstanda dini radikalizm deyilən bir anlayış yoxdur. Bütün din və azlıqlara eyni və yüksək səviyyədə şərait yaradılıb ki, öz dini baxışlarını, milli adət-ənənələrini, mənəvi dəyərlərini qoruyub saxlasınlar ".
 
Xatırladaq ki, Türkiyənin nüfuzlu haberhergun.com saytında İŞİD-in Borçalıya nüfuz etdiyini və azərbaycanlıların bu terror təşkilata axını ilə bağlı qısa araşdırma dərc olunub. Araşdırmada Borçalı bölgəsinin müxtəlif yerlərində İŞİD-çilərə aid məscidlərin açıldığı qeyd olunur.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az