İslam Kərimovun beyninə qan sızdı - Vəziyyəti ağırdır

İslam Kərimovun beyninə qan sızdı - Vəziyyəti ağırdır
Özbəkistan prezidenti İslam Kərimov beyninə qan sızıb. 

Miq.az xəbər verir ki, bu barədə Özbəkistan liderinin qızı Lola Kərimova-Tillyayeva öz İnstagram hesabında məlumat verib. Onun sözlərinə görə, səhhəti ağır olan prezident hazırda reanimasiyadadır.

Atasının vəziyyətinin stabil kritik olduğunu deyən Lola onun gələcək vəziyyəti barədə nəisə proqnozlaşdırmağın çox tez olduğunu bildirib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az