İsrail ABŞ-la razılaşdı: Qəzza əməliyyatı təxirə düşür
İsrail ordusu Qəzza zolağındakı quru əməliyyatını təxminən həftənin sonuna, yəni ABŞ-ın Yaxın Şərqdə hava hücumundan müdafiəsini gücləndirənə qədər təxirə salıb.
Yenipress.az xəbər verir ki, bu barədə "Voll Strit Jurnal” məlumat yayıb.
Nəşrin mənbələrinə görə, ABŞ Yaxın Şərqdə xidmət edən qoşunlarını qorumaq üçün ona yaxın hava hücumundan müdafiə sistemi yerləşdirməyi planlaşdırır:
"Pentaqon hesab edir ki, bu qoşunlar quru əməliyyatı zamanı yaraqlıların hədəfinə çevrilə bilər, ona görə də onları qorumaq lazımdır. Hava hücumundan müdafiə sisteminin bu həftənin sonunadək yerləşdiriləcəyi planlaşdırılır. İsrail ABŞ-ın tələbini təmin etməyə razılaşıb. Bundan əlavə, Qəzzaya humanitar yardımın çatdırılması məsələlərini də nəzərə alırlar”.