İsrail həkimləri: Bu dərman koronanı yaxın buraxmır

İsrail həkimləri: Bu dərman koronanı yaxın buraxmır

İsrail alimləri aspirinin pandemiyada müsbət təsiri barədə açıqlama edib. Preparat koronavirusa yoluxmadan qoruya bilər.

Miq.az Medicina.az-a istinadən xəbər verir ki, elmi tədqiqatlar nəticəsində hər gün 75 mq aspirin qəbul etməyin orqanizmin koronavirusa qarşı səfərbər olmasını təsdiqləyib. Yoluxma olsa da, xəstə ağır keçirmir.

Alimlər birinci dalğada PZR test vermiş 10 477 nəfərin məlumatlarını analiz ediblər. Onlar ürək-damar xəstəlikləri ilə bağlı hər gün aspirin içən xəstə qrupunu ayırıblar.

Nəticələr göstərib ki, aspirin qəbul edənlərdə koronavirusa yoluxma riski 29% az olub. Yoluxanlarda isə sağalma 2 dəfə tez baş verib.

Reanimasiyaya düşən xəstələr arasında da illərdir aspirin içənlərdə ölüm daha az olub.

İsrail həkimləri bildirir ki, pandemiyadan xilas yolu vaksin göstərilsə də, bu 100% qorunma demək deyil. Ona görə bu fonda insanların aspirin qəbul etməsi də virusdan qorunmanı artıra bilər.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az