İsrail "Türkiyə yeni İrandır" dedi, ortalıq qarışdı - ABŞ-dan xəbərdarlıq gəldi

İsrail


ABŞ mediası İsrailin keçmiş baş naziri Naftali Bennetin Türkiyəni hədəf alan açıqlamalarını "İrandan sonra yeni təhlükə axtarışı" kimi qiymətləndirib.

Publika.az "Milliyet”ə istinadən xəbər verir ki, bu yaxınlarda İsrailin keçmiş baş naziri Naftali Bennet, Ankaranın Yaxın Şərqdəki artan təsirini qiymətləndirib və Türkiyənin "yeni İran" olduğunu bildirib.

Amerika mediasına danışan analitiklər sözügedən fikrin siyasi motivli olduğunu, Bennet və Netanyahu kimi şəxslərin bu ritorikadan faydalandığını bildiriblər.

Türkiyənin sivilizasiyalararası düşmən kimi qəbul edilməməli olduğunu bildirən ekspertlər, Ankaranın "yeni İran" kimi görülməsinin strateji səhvlərə səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.

Həmçinin qeyd olunub ki, Türkiyə NATO-da ikinci ən böyük orduya, Avropa ilə Yaxın Şərq arasında geosiyasi əsas mövqeyə və əhəmiyyətli iqtisadi gücə malik güclü bir aktordur.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az