İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini dayandırır?

İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini dayandırır?
Son baş verən hadisələrin fonunda İsrail 5 ölkədə səfirliyini bağladığına dair xəbərlər yayılıb. Belə ki, Qəzza zolağında hərbi əməliyyatlar kəskinləşəndən indiyə qədər İsrailin 5 ölkədəki - Misir, İordaniya, Mərakeş, Bəhreyn və Türkmənistandakı səfirliklərinin binaları boşaldılıb, onların əməkdaşları ölkəyə qaytarılıb. İsrailin Azərbaycandakı səfirliyindən yuxarıda qeyd edilən məsələ ilə bağlı APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Bakıdakı səfirlik diplomatik və konsulluq funksiyalarını davam etdirir.

 

"Azərbaycan hakimiyyəti diplomatik nümayəndəliklərin təhlükəsizliyinə cavabdehdir və bizim hərtərəfli əməkdaşlığımız var”, - qeyd olunub.

 

Onu da qeyd edək ki, Avropa və Cənubi Amerika da daxil olmaqla, bütün dünya üzrə İsrailin 20 ölkədəki səfirlikləri müvəqqəti olaraq tam və ya qismən bağlanıb. Bu ölkələrdə diplomatlara evdə qalmaq, işlərini evdən davam etdirmək tapşırılıb və ya həmin ölkənin daha təhlükəsiz hesab edilən digər şəhərlərinə köçürülüb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az