İsrailin baş naziri Azərbaycana səfərə gələcək

İsrailin baş naziri Azərbaycana səfərə gələcək

İsrailin baş naziri Binyamin Netanyahu oktyabr ayında Azərbaycana səfər etməyi planlaşdırır.

"Oktyabr ayında baş nazir Binyamin Netanyahu Qazaxıstana səfəri də əhatə edəcək turne çərçivəsində Azərbaycana səfər edəcək”, - İsraildə dərc olunan NRG nəşri yazır.

Nəşr əlavə edir ki, son zamanlar İsrail tez-tez "müsəlman dövlətlərinə və xüsusilə çoxsaylı şiə əhalisi olan müsəlman dövlətlərinə diqqət yetirir ki, bu baxımdan Bakı ilə münasibətlərin daha da möhkəmləndirilməsində maraqlıdır”.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az