İsrailin hücumu nəticəsində Qəzzada 14 nəfərlik ailə həlak olub

İsrailin hücumu nəticəsində Qəzzada 14 nəfərlik ailə həlak olub
Qəzza zolağında yerləşən Beyt Lahiya şəhərində 14 nəfərlik bir ailə İsrail ordusunun bombardmanları nəticəsində həlak olub.
Bakupost.az xəbər verir ki, bu barədə WAFA məlumat yayıb.
Agentliyin məlumatına görə, evdə ailələri ilə birlikdə Məhəmməd və Əhməd Əkrəm Əl-Madhun adlı iki qardaş yaşayıb. Onların atası, anası və digər iki qardaşı 2021-ci ildə İsrail ordusunun yaxınlıqdakı evi vurması nəticəsində həlak olub.
Xatırladaq ki, münaqişənin kəskinləşməsi başlayandan üç gün ərzində Fələstində 704 nəfər həlak olub. Daha 3900 nəfər yaralanıb



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az