İsrailin İrana qarşı - İnanılmaz silahı

İsrailin İrana qarşı - İnanılmaz silahı

İsrail Müdafiə Nazirliyi qısa mənzilli raketləri zərərsizləşdirmək məqsədilə lazer müdafiə sistemini təqdim edib.

Teleqraf.com xəbər verir ki, bu sistemi yaratmaq üzərində İsrail neçə vaxtdır ki, iş aparır və onun indiki mərhələdə İran-ABŞ qarşıdurması dövründə təqdimatının keçirilməsi təsadüfi deyil.

İsrail Müdafiə Nazirliyinin açıqlamasında qeyd edilir ki, "Dəmir şüa” adı verilən yeni lazer müdafiə sistemi qısa mənzilli raketlər, top mərmiləri, tank əleyhinə raket və kiçik ölçülü Pilotsuz Uşuş Aparatlarını (PUA) təsirsiz hala gətirə biləcək.

Dəmir şüa sisteminin testlərinə gələn aydan başlanılacaq və onların 1,5 il sonra xidmətə veriləcəyi qeyd edilib.

Mobil formada daşına bilən lazer müdafiə sistemlərinin hava nəqliyyatına, habelə tanklara quraşdırmaq kimi üstünlüklərinin olduğu da ifadə olunur.

İsrail mediasının xəbərlərinə görə, indi mövcud olan "Dəmir gümbəz” hava müdafiə sistemi ilə atılan hər bir raketi təsirsiz hala gətirmək 49 min dollara başa gəldiyi halda, "Dəmiş şüa” sistemində bu, 3,5 dollara başa gələcək.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az