İstanbulun Atatürk aeroportunda növbəti atışma

İstanbulun Atatürk aeroportunda növbəti atışma

İstanbulun Atatürk aeroportu binasının yanında atışma baş verib. Aeroporta aparan yollar müəyyən müddətə bağlanıb.

Virtualaz.org "Habertürk” telekanalına istinadən bildirir ki, motosikletlə hərəkətdə olan iki şəxs polisin dayanmaq əmrinə tabe olmayıb. Asayiş keşikçilərinin açdığı atəş nəticəsində bir nəfərin yaralandığı bildirilir. Hər iki şəxs saxlanılıb, onların üzərində silah və ya partladıcı qurğu aşkarlanmayıb.

BNO News isə İstanbul valisi Vasip Şahinə istinadən bildirib ki, artıq aeroporta aparan yollar açılıb, binaya giriş-çıxış bərpa olunub.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az