İtaliyanın 50-yə yaxın regional və şəhər məclisi separatçı erməni rejimini müdafiə edib...-RƏSMİ
Bu ölkənin parlamenti 2021-ci il martın 2-də "erməni hərbi əsirlərin azad edilməsini” tələb edən qətnamə qəbul edib...
"Ermənistan insan hüquqları məsələlərinə həssas yanaşdığına görə dost İtaliyaya minnətdarlığını bildirir. Ermənistan həmçinin İtaliya parlamentinin martın 2-də qəbul etdiyi erməni hərbi əsirlərin azad edilməsini tələb edən qətnaməni də yüksək qiymətləndirir”.
Moderator.az xəbər verir ki, bunu İtaliyada səfərdə olan qəsbkar Ermənistan prezidenti Armen Sarkisyan oktyabrın 6-da Romada İtaliya prezidenti Sergio Mattarella ilə görüşdən sonrakı bəyanatında deyib.
Ermənistan prezidenti İtaliyanın onlarla əyalət və şəhər məclisinin 30 ildən bəri işğal altındakı Azərbaycan torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin "müstəqilliyi”ni tanımasını da alqışladığını bildirib.
"Biz Artsax və onun xalqının müdafiəsi üçün İtaliyanın 50-yə yaxın regional və şəhər məclisinin qəbul etdiyi sənədləri də alqışlayırıq”-A.Sarkisyan belə deyib.
Zəruri qeyd:
Bununla belə, İtaliya parlamenti Ermənistandan Qarabağdakı mina xəritələrini Azərbaycana təhvil verməyi tələb edən qətnamə də qəbul edib...
Sultan Laçın