Qaz təchizatında məhdudiyyətlər olacaq

Qaz təchizatında məhdudiyyətlər olacaq
Vətəninfo.az xəbər verir ki, "Report"un Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, məhdudiyyətlər Qaz ixrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Alatava” və "Sulutəpə”, Ağdaş magistral qaz kəmərləri sahəsinin "Göyçay-1”, "Göyçay-3”, "Şəmsabad”, "Qəbələ”, "Dəhnəxəlil”, eləcə də "Ağdaş” və Ağdam magistral qaz kəmərləri sahəsinin "Bərdə”, "Kətəlparaq”, "Tərtər” və "Azadqaraqoyunlu”, həmçinin Astara magistral qaz kəmərləri sahəsinin "Ərçivan” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında aparılacaq carı təmir işləri ilə əlaqədar olacaq.
Aparılan işlərin Bakı şəhərinin Yasamal və Binəqədi rayonları, eləcə də Bərdə, Tərtər, Ağdam, Ağdaş, Göyçay və Qəbələ rayonlarının bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az