Julius Vobay APOEL-ə yox, digər kluba keçdi

Julius Vobay APOEL-ə yox, digər kluba keçdi

“Neftçi” ilə yollarını ayıran Syerra-Leone yığmasının futbolçusu Julius Vobayın APOEL-ə transferi baş tutmayıb.

Vətəninfo.az-ın Sportarena.az –a istinadən məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi Kiprin digər təmsilçisi – “Anortosis”ə keçib.

Ötən çempionatın gümüş medalçısı olan bu komanda Kiprdə “Onisilios”, “Nea Salamina” və “Aris”də oynamış Vobayı heyətinə qatıb.

“Anortosis” gürcü baş məşqçisi Timuri Ketsbayanın dövründə Çempionlar Liqasının qrup mərhələsində düşməyi ilə diqqət çəkib.

Qeyd edək ki, Juilus “qızıl dubl” etdiyi “Neftçi”də çempionatda keçirdiyi 31 oyunda 8 qol vurub.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az