Jurnalist Fikrət Fərəməzoğlu əfv olunub

Jurnalist Fikrət Fərəməzoğlu əfv olunub

JAM.az saytının rəhbəri Fikrət Fərəməzoğlu əfv olunub.
 
Prezident İlham ƏLiyevin bu gün imzaladığı əfv sərəncamında onun da adı var.

Qeyd edək ki, o, 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilərək 7 il müddətinə azadlıqdan məhrum edilib.

O, həmçinin 2 il jurnalistika fəaliyyətindən məhrum olunub.

Qeyd edək ki, sərəncam 431 şəxsə şamil olunub.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az