Kadırovun Şeyx Şamil haqda dedikləri Dağıstanda narazılıq yaradıb

Kadırovun Şeyx Şamil haqda dedikləri Dağıstanda narazılıq yaradıb
Çeçenistan Prezidenti Ramzan Kadırovun Şeyx Şamil haqda səsləndirdiyi fikirlər Dağıstanda narazılığa səbəb olub.

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, sosial şəbəkələrdə 30-a yaxın Mahaçqala sakininin Avar teatrı yaxınlığında meydana çıxmasını özündə əks etdirən görüntülər yayılıb.
Mahaçqala sakinləri R. Kadırovun fikirlərinə etiraz olaraq meydana yığışıblar.
Sakinlər sahə müvəkkili ilə söhbətdən sonra dağılışıblar.
Qeyd edək ki, R. Kadırov "Çeçenistan bu gün” nəşrinə müsahibəsində Şeyx Şamilin XIX əsrdə apardığı mübarizənin çeçen xalqının sayının azalmasına gətirib çıxardığını bildirib. R. Kadırovun məlum açıqlamasından sonra Mahaçqalanın meri Salman Dadayev və idmançı Həbib Nurməhəmmədov ona etiraz ediblər.
Qeyd edək ki, Şeyx Şamil XIX əsrdə çar Rusiyasının müstəmləkəçilik siyasətinə qarşı mübarizə aparıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az