Kamran Əliyev: Estetik cərrahlarla bağlı aidiyyəti qurumların nümayəndələrindən ibarət komissiya yaradılıb

Kamran Əliyev: Estetik cərrahlarla bağlı aidiyyəti qurumların nümayəndələrindən ibarət komissiya yaradılıb
Diplomla xidmət göstərən estetik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş prokurorluq birgə komissiya yaradıb. SN-in müraciəti əsasında, faktlarla bağlı cinayət işi açılıb. İstintaq davam etdirilir.

 

Bunu bu gün 20 Yanvar faciəsi ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edərkən jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

 

O bildirib ki, gedişat barədə mütəmadi olaraq məlumat veriləcək:

 

"Bununla bağlı təşkilati, qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı Baş Prokurorluq, Səhiyyə Nazirliyi və digər aidiyyəti qurumların nümayəndələrindən ibarət komissiya yaradılıb. Onlar bu problemin kökünün səbəblərini araşdırıb, gələcəkdə baş verməməsi üçün tədbirlər planı hazırlayıb həyata keçirəcəklər”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az