İstanbulda keçirilən karatenin ŞOTOKAN növü üzrə Dünya Çempionatına yekun vurulub.
Aprelin 5 və 7-I aralağında keçirilən yarışda 48 ölkədən 2940 idmançı qüvvəsini sınayıb. Dünya çempionatında iştirak edən Azərbaycan komandasının çıxışı da uğurlu olub. Avrofutbol.com xəbər verir ki, Renad Əliyevin rəhbərlik etdiyi milli komandamız vətənə 14 medalla qayıdıb.
Böyüklər arasında gedən idmançılarımız mübarizəsində 5 qızıl, bir gümuş medal qazanıblar:
-Ağalarzadə Tural -67 kq. kumite yarışlarında 1-ci yer
-İsmayılov Məhəmməd CYU KUMİTE kumite yarışlarında 1-ci yer
-Ələkbərli Tural -60 kq. kumite yarışlarında 1-ci yer
-Qasımova İlahə -55 kq. kumite yarışlarında 1-ci yer
-Əliyeva Nuranə -50 kq. kumite yarışlarında 1-ci yer
-Cəfərov Əli CYU KUMİTE kumite yarışlarında 2-ci yer
Yeniyetmələr və gənclər arasında gedən mübarizədə idmançımız Fəridə Əliyeva 54 kq çəkidə rəqib tanımayaraq fəxri kürsünün birinci pilləsinə yüksəlib:
-Qurbanov Ülvi -52 kq. kumite yarışlarında 1-ci yer
-Əliyev Hüseyn -63 kq. kumite yarışlarında 2-ci yer
-Əliyeva Fəridə +54 kq. kumite yarışlarında 1-ci yer
-Vəliyev Vəli +76 kq. kumite yarışlarında 2-ci yer
Uşaqlar arasında keçirilən yarışda təmsilçilərimizdən yalnız Kənan Ağalarzadə mükafatçıların siyahısına düşə bilib:
Ağalarzadə Kənan 40kg. kumite yarışlarında 3-cü yer
-Ustalar arasında Kumite yarışlarında 3 idmançımız mükafat alıb:
-İsmayilov Sadiq kumite yarışlarında 1-ci yer
-Məmmədov Arif kumite yarışlarında 3-cü yer
-Bayramov Cahangir komanda kumite yarışlarında 3-cü yer
Qeyd edək ki, komandamızın məşqçiləri Anar Allahverdiyev və Şahin Xudaverdiyevdir.