Köçəryan müharibə günlərində Qarabağdakı donuzlarına yem daşımaqla məşğul olub...

Köçəryan müharibə günlərində Qarabağdakı donuzlarına yem daşımaqla məşğul olub...

Hakim "Mənim addımım" fraksiyasından olan deputat, Ermənistan parlamentinin təhlükəsizlik və müdafiə daimi komitəsinin sədri Andranik Köçəryan və Ermənistan Hərbi Polis İdarəsinin rəis müavini Aram Bağdasaryan  ikinci Qarabağ müharibəsi dövründə yalnız Azərbaycanın işğal altındakı Yuxarı Qarabağ torpaqlarında saxladıqları donuzları bəsləməklə məşğul olublar. 
 
Moderator.az xəbər verir ki, bunun  təfərrüatlarını qəsbkar ölkənin  "Dejavyu"  teleqram-kanalı açıqlayıb. 
 
Bağdasaryan və dostu Köçəryan Qarabağda donuz  saxlamağa  hələ müharibə başlamazdan əvvəl saxlamağa başlayıblar. Döyüş günlərində isə bizneslərinin korlanacağından çox narahat olublar. Əvvəlcə donuzlarını Ermənistana daşımağa çalışıblar. Lakin sonra hər hansı bir nəqliyyat vasitəsinin "Bayraktar” dronlarının atəşi altında olacağını anlayaraq bu əməliyyatın həyata keçirilməsinin çətin olduğunu başa düşüblər.  Və bundan sonra  donuzlar üçün Ermənistandan hərbi polis maşınlarında yem çatdırmağa qərar veriblər. 
 
Andranik Köçəryan və Aram Bağdasaryan müharibə günlərində imkanlarlndan istifadə edərək, məsələn, erməni qaçqınları hökumət maşınlarında Qarabağdan Ermənistana və ya digər təhlükəsiz yerlərə köçürülməsini təşkil etmək əvəzinə, donuzlar üçün yem daşıyırdılar”- deyə erməni teleqram-kanalı yazır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az