Köçəryandan Zəngəzurda təxribat: Paşinyan hərəkətə keçdi

Köçəryandan Zəngəzurda təxribat: Paşinyan hərəkətə keçdi

Ermənistan hüquq-mühafizə orqanları Sünik (Zəngəzur) rayonunun Vorotan kəndinin başçısı Suren Ohancanyanın evində axtarış aparır.

Miq.Az xəbər verir ki, bu barədə Ohancanyanın özü məlumat verib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanları məhkəmənin icazəsini göstəriblər. Hazırda onun evindədirlər.

Bundan əvvəl İrəvan yurisdiksiya məhkəməsi son seçkilərdə vətəndaşları sabiq prezident Robert Köçəryanın "Hayastan” blokuna səs verməyə məcbur etmək ittihamı ilə Qaraxunc (Gorus) kəndinin başçısı Lusina Avetyanın həbs edilməsi barədə qərar qəbul etmişdi.

Qeyd edək ki, iyunun 20-də Ermənistanda keçirilən erkən parlament seçkilərində Baş nazir Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi” Partiyası qalib gəlib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az