Köçəryanın Ermənistanda inqilaba hazırlaşmağı ilə bağlı iddialar var

Köçəryanın Ermənistanda inqilaba hazırlaşmağı ilə bağlı iddialar var
Siyasi analitik Stepan Safaryan Ermənistanın ikinci prezidenti Robert Köçəryanın evinə hücumla bağlı müraciət edib.

Miq.Az modern.az-a istinadən bildirir ki, o deyib ki, populyar erməni saytları tezliklə təsirli süjetli böyük həcmdə analitik materiallar yayacaqlar.

Onun fikrincə, həmin materiallarda qeyd ediləcək ki, Köçəryanın mənzilinə qumbaranın atılmasının səbəbi onun Qarabağ məsələsində vətənpərvərlik, kompromissiz mövqe nümayiş etdirib, ancaq Serj Sərkisyan və Levon Ter-Petrosyan Qarabağı vermək üçün birləşiblər.

Safaryanın sözlərinə görə, həmin materiallarda, eyni zamanda, qeyd ediləcək ki, aprel müharibəsi zamanı xalq hakimiyyətə qarşı həmrəylik nümayiş etdirib və Qarabağı geri qaytarmayacaq yeganə şəxs Köçəryandır və o, bu mübarizəyə rəhbərlik edə bilər, onu isə qorxutmağa çalışırlar: "O, ancaq qorxanlardan deyil. Təsadüfi deyil ki, qumbara Köçəryanın Moskvada yüksək səviyyədə keçirdiyi görüşlər zamanı atılıb. Biz onun ərtafında birləşməliyik. O, milli-demokratik inqilab reallaşdıracaq, oliqarx iqtisadiyyatına və kriminallaşmaya son qoyacaq. Biz isə onun yanında olmalıyıq", - Safaryan qeyd edir ki, həmin materiallarda belə iddialar da səslənəcək.

O, özünün Feysbuk səhifəsində bunları da yazıb: "Mənim dediklərimi yaddan çıxarmayın, zarafat etmirəm".
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az