Keçmiş deputat və xeyriyyəçi vəfat etdi

Keçmiş deputat və xeyriyyəçi vəfat etdi

Tovuz rayonundan olan sabiq deputat İsa Əsgərov vəfat edib.

Miq.Az xəbər verir ki, o, bu gün Tovuzda dəfn ediləcək.

Qeyd edək ki, İsa Rza oğlu Əsgərov 1940-cı ildə Tovuz rayonunda ziyalı ailəsində anadan olub. Azərbaycan Şərabçılıq Komitəsinin sədr müavini (1973-1996), Azərbaycan Şərabçılıq Komitəsinin nəzdində olan Moskva şərabçılıq zavodunun direktoru (1990-1995) işləyib. Azərbaycan Ali Sovetinin deputatı olub.

Üzümçülük-şərabçılıq üzrə elmlər namizədi idi.

Tovuzlular onu xeyriyyəçi kimi tanıyırlar.

Allah rəhmət eləsin!

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az