Şəkinin keçmiş icra başçısı Murad Cabbarlı Bakıda həbs olunub. Virtualaz.org saytı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verir ki, məhkəmə sabiq icra başçısı barədə 4 aylıq həbs-qətimkan tədbiri seçib.
Cabbarlı Murad Qorxmaz oğlu 1960-cı ildə Bakıda anadan olub. Məmurluğa bir çoxları kimi kommersiya sahəsindən gəlib.
Şəki Şəhər İcra Hakimyyətinin başısı təyin olunana qədər - 2006-2008-ci illərdə “ADA-Mülkiyyət” MMC-nin direktoru vəzifəsində işləyib. 2008-ci ildə “Şəki Aqro İndastris” MMC-nin maliyyə və idarə işləri üzrə direktor müavini, 2008-2010-cu illərdə “Şəki Kərpic” MMC-nin direktoru olub.
Hazırda o, Bakı Fındıq Emalı Zavodunun (“Bakfem”) direktorudur. Murad Cabbarlı Zaqatala və Balakəndəki fındıq sexlərinin sahiblərinə inzibati rıçaqlarla təzyiq göstərərək onlardan məhsulu dəyər-dəyməzinə alırdı.
Saytın digər xəbərinə görə, “Azərinşaat” MMC-nin rəhbəri Mehdi Əliyev də həbs olunub. Hüquq-mühafizə orqanlarındakı mənbələrdən verilən məlumata görə, Nərimanov rayon Məhkəməsinin qərarı ilə M.Əliyev barədə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Vətəninfo.az
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Bu gün Azərbaycanda Zəfər Günüdür