Keçmiş MTN-in həbs etdiyi sabiq nazir azadlıqda

Keçmiş MTN-in həbs etdiyi sabiq nazir azadlıqda
Həbsdə olan sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyev azadlığa buraxılıb.

Bu barədə onun vəkili Əfqan Məmmədov məlumat verib.

O bildirib ki, N.Quliyevin həbs müddəti başa çatıb.

Xatırladq ki, N.Quliyevi 2013-cü il avqustun 7-də MTN əməkdaşları həbs edib. 
Abşeron Rayon Məhkəməsinin hökmü ilə sabiq nazir 3 il müddətinə azadlıqdan məhrum olunub. O, qanunsuz olaraq odlu silah saxlamada təqsirli bilinib. Sumqayıt Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

N.Quliyev əvvəllər 1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılsa da, səhhətində yaranmış problemlərlə əlaqədar Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülmüşdü. /Report.az/

Miq.az 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az