Keçmiş sevgilisini unuda bilməyən kişini tanıyın - ƏLAMƏTLƏRİ

Keçmiş sevgilisini unuda bilməyən kişini tanıyın - ƏLAMƏTLƏRİ

Bir çox qadınlar həyatlarındakı kişinin, keçmiş sevgilisini hələ də düşündüyündən şübhələnir. Əslində bunun təsdiqini tapmaq elə də çətin deyil. Onun bəzi davranışlarına diqqət etmək kifayətdir.
Keçmiş sevgilisini unuda bilməyən kişilərlə sizi tanış edirik. 
Davamlı ondan bəhs edir 
Hər söhbəti zamanı onun adını, yaşadıqları xatirələri xatırlayırsa, deməli, hələ də əvvəlki  sevgilisini unuda bilir. 
Hələ də fotolarını saxlayır
Telefonuna və ya notbukuna baxmağınıza, araşdırmanıza ehtiyac yoxdur. Sosial şəbəkə hesabından köhnə fotolarını silməyibsə, evində və ya otağında, ətrafında hələ də onun şəkilləri varsa, deməli, onu unutmayıb.
Onun əşyalarını saxlayır
Əvvəlki sevgilisinin ona hədiyyə etdiyi, evində unutduğu və ya birlikdə istifadə etdikləri əşyaları hələ də saxlayırsa, bu, onu xatırlatdığı üçündür.
Sosial şəbəkədə izləyir 
Həyatından gəlib keçmiş insanları internetdə izləmək doğru hərəkət deyil. Lakin o, hələ də əvvəlki sevgilisini dostluğundan çıxarmayıbsa və onun hər addımını izləyirsə, demək unutmayıb.
Ünsiyyətini davam etdirir 
Hələ də əvvəlki sevgilisi ilə gizli-gizli mesajlaşırsa, onun səmimi mesajlarına cavab verirsə, onun olduğu yerlərə getməyə çalışırsa, unuda bilməyib. 
Müjdə vermək üçün onu axtarır 
Uzun zamandır arzuladığı işə girdikdə, mükafat aldıqda, həyatında, işində yenilik olduqda sizdən əvvəl ona xəbər verməyə çalışırsa, demək, xoşbəxt olduğu zaman ağlına gələn ilk adam odur.
Hər an köməyinə yetişir
Əvvəlki sevgilisi adi işlərində belə, onun köməyinə çatmaq istəyir və hələ də qaça-qaça köməyə gedirsə, bunun iki mənası var: ya çox köməksevər insandır, ya da əvvəlki sevgilisinə qarşı eyni hissləri keçirir.
Onu rəqib olaraq görürsünüz
Onun əvvəlki sevgilisinə rəqib kimi baxmağınız normaldır. Çünki bir zamanlar onu sevib.  Ancaq sizin ona rəqib kimi baxmağınıza sevgiliniz səbəb olursa, demək düşüncələrinizdə haqlısınız.
Ona görə mübahisə edirsiniz
Əvvəlki keçmişdə qalır. Bu gününüzdə olması üçün heç bir səbəb yoxdur. Sevgiliniz əvvəlki sevgilisi ilə hələ də həyatının bir parçası kimi davranır və mübahisələrinizə səbəb olursa, o zaman münasibətlərinizə nəzər salın. /lent.az/

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az