Keçmiş və indiki icra başçılarının oğlanlarının yeri dəyişdi - DİN-də rəis təyinatları

Keçmiş və indiki icra başçılarının oğlanlarının yeri dəyişdi - DİN-də rəis təyinatları
Bakıda iki polis rəisi dəyişdirilib.

Miq.az "Report”a istinadla xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 21-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Bayram İslamov işdən çıxarılıb. O, Səbail RPİ-nin 8-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyin olunub.
21-ci Polis Bölməsinin rəisi vəzifəsinə isə isə Səbail RPİ-nin 8-ci Polis Bölməsinın rəisi, polis polkovnik leytenantı Rəşad Əhmədzadə təyin edilib.
Qeyd edək ki, R.Əhmədzadə Zaqatala Rayon İcra Hakimiyyətinun başçısı Mübariz Əhmədzadənin oğlu, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin qardaşı oğludur.
B.İslamov isə Xəzər Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Gülağa Bayramovun oğludur.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az