Kəndə gedənlərə pul verilir

Kəndə gedənlərə pul verilir

Ucqar ərazilərdə işləyən müəllimlər üçün hər cür şərait yaradılır.

Ucqar kənd və qəsəbələrə gənc kadrların göndərilməsi üçün dövlət tərəfindən stimullaşdırıcı tədbirlər görülür. Belə ki, son illərdə kənd məktəblərini seçən gənc mütəxəssislərin sayında artım müşahidə olunur. Kənd məktəblərində çalışan 4 minə yaxın gənc mütəxəssis həvəsləndirici mükafatlar alır. Təhsil Nazirliyi növbəti dərs ili üçün vakansiyaları təhlil edib. Bu günə olan məlumata görə, vakant yerlərin 63 %-i məhz həvəsləndirici tədbirlərin verildiyi ərazilərədir.
Ekspertlərin fikrincə, Azərbaycan təhsilinin inkişafı, əldə edilən nailiyyətlər müəllimlərin öz işinə daha da sevgi və məsuliyyətlə yanaşmasına şərait yaradır. Müəllimlik müqəddəs sənətdir və gənc nəslin müəllim işinə maraq göstərməsi mütləqdir. Sirr deyil ki, bir neçə il əvvələ qədər gənclərin müəllimliyə həvəsi elə də güclü deyildi. Müəllimlik ixtisasına yiyələnənlər belə öz sahələrində çalışmaq istəmirdilər. Bunun da bəlli olan bir sıra səbəbləri vardı.
Bu gün dövlətin müəllimlərə göstərdiyi böyük qayğı gənclərin bu sahəyə həvəsini artırıb. Bir neçə il əvvələ qədər paytaxt məktəbləri istisna olmaqla, digər şəhər və rayonlarda, əsasən isə ucqar kəndlərdə fənn müəllimləri problemi yaşanırdı. Kənd məktəblərinin bir çoxunda xarici dil, tarix, coğrafiya, eləcə də fizika, kimya müəllimlərinin qıtlığı hiss olunurdu. Bu da gənc müəllim kadrların rayonlara getmək istəməməsi ilə bağlı idi. Ancaq bu gün dövlətin bu yöndə apardığı iş sahəsində müxtəlif ali təhsilli fənn müəllimləri rayon və kəndlərdə işləməyə razılıq verir.
Ümumiyyətlə, bu sahədə baş verən yeniliklər hansılardır, hansı yollarla gəncləri bölgələrdə müəllimlik etməyə maraqlandırmaq mümkündür, gənc müəllimlərin həyat şəraitinin yaxşılaşdırılması, onların bütün problemlərinin həll edilməsi məsələləri istiqamətində hansı tədbirlər görülür?
ANS PRESS-in araşdırmasına görə, gənc kadrların rayonlarda işləməsinin çox müsbət tərəfləri var. Bunun üçün stimullaşdırıcı tədbirlər mühüm rol oynayır. Bu gün sirr deyil ki, bölgələrdən paytaxta axın daha güclüdür. Kənd yerlərindəki müəyyən problemlər insanların şəhərə gəlməsinə əsas yaradır. Bunun qarşısının alınması üşün təbii ki, müvafiq qurumlar qabaqlayıcı tədbirlər görməlidirlər. Ən azından yeni iş yerlərinin açılması, özəl təsərrüfat sahəsinin yaradılması üçün onlara lazımı şərait yaradılmalı, insanların təsərrüfata daha geniş formada cəlb olunması üçün konkret layihələr irəli sürülüb icra olunmalıdır.
Kənd yerindən bir tikə çörək qazanmaq üçün paytaxta üz tutan ailə başçısı, əslində, öz uşaqlarının təhsili ilə yox, sadəcə onları dolandırmaq üçün düşünür. Belə olan halda, uşağın təhsili üçüncü-beşinci dərəcəyə çevrilir, uşağın orta məktəblərə marağı azalır. Maraq azalanda kənd yerlərində müəllim qıtlığı yaranır. Bəzən də, heç kim ucqar kəndlərdə işləməyə getmir. Bu, səhiyyə sektoruna da aiddir. Əvvəllər kənd yerlərində tibbi məntəqələr var idi. Doğrudur, indi bölgələrdə yüksək səviyyəli səhiyyə obyektləri tikilir, müasir avadanlıqla təmin olunur. Amma kənd yerlərində məntələrin mövcudluğu çox faydalı olardı. Sovet vaxtında belə bir məsələ var idi. O zamanlar kənd məktəblərinə təyinatla gedən adamlar 30 yaşına qədər orada qalıb işləyirdisə, o, hərbi qulluqdan azad olunurdu.
Digər mühüm məsələ kənd yerlərində işləyən müəllimlərə, səhiyyə işçilərinə ipoteka kreditlərinin verilməsidir. Bu, məsələ indi bir çox bankın gündəmindədir və bununla bağlı yeni paket hazırlanır. Bu addımın atılması gənc kadrların ucqar yerlərdə fəaliyyətinin gücləndirilməsi üçün əlavə stimulverici addım olacaq. Çünki kəndlərdə, rayonlarda intellektli insanların, gənclərin olması çox faydalıdır.
Ekspertlər deyirlər ki, əvvəllər hətta rayon və kəndlərdən olan gənclər ali məktəbi bitirdikdən sonra geri qayıtmaq istəmirdilər. İndi bir sıra güzəştlər tətbiq edilir, o gənclərə həvəsləndirici imtiyazlar verilir. Bu da, sözsüz ki, onlara stimul verir və gənc müəllimlər məktəblərdə həvəslə işə başlayır. Məktəbin müəllim heyətinin cavanlaşması, gəncləşməsi müsbət haldır. Bu, şagirdlərə də hərtərəfli təsir göstərir. Gənc müəllim işə yeni ideya ilə başlayır, şagirdlərə fərqli yanaşır, bu da onun tədris etdiyi fənnin şagirdlər tərəfindən sevgi ilə qarşılanmasına səbəb olur. Müəllim bütün bacarıq və istedadından istifadə edərək fənnini sevdirməlidir.
Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdiri Fərzəli Qədirov ANS PRESS-ə imtiyazlarla bağlı bildirib ki, rayon mərkəzindən 20 km-dək məsəfadə yerləşən məktəblərdə işləyən müəllimlərin əmək haqlarına hər ay 60 manat əlavə edilir. Bu onların kirayə haqlarını və kommunal xidmətlərini ödəmək üçün dəstək yardımıdır. Bundan başqa, 20 km-dən çox aralı məsafədə yerıləşən məktəblərdə işləyən müəllimlərə 60 manatla yanaşı, həmin müəllimlərin əmək haqlarına 100 manat əlavə ödənilir. Hökümətin 2014-cü ildə verdiyi qərarına əsasən, əvvəl bu həvəsləndirici tədbirlər 3 illik müddətində gənc mütəxəssislərə şamil edilirdisə, yeni qərardan sonra 3 illik müddət bitdikdən sonra daha 2 il müddətində həmin və ya digər kənd məktəbində fəaliyyət göstərən gənc mütəxəssislərə şamil edilir. Ümumilikdə, qaydalara görə, hazırda 5 il müddətinə gənc mütəxəssis işlədiyi kənd məktəbində həvəsləndirmə tədbirləri ala bilər.
Bundan əlavə, hökumətin qərarında yerli icra hakimiyyəti orqanlarına torpaq sahəsinin ayrılması ilə bağlı kömək göstərilməsi məsələsi də öz əksini tapıb. Bu məsələlər Təhsil Nazirliyinə deyil, yerli icra hakimiyyətlərinə, bələdiyyələrə tapşırılıb, onlar məşğul olur.
Onun sözlərinə görə, stimullaşdırıcı tədbirlərinin nəticəsidir ki, son illərdə kənd məktəblərini seçən gənc mütəxəssislərin sayında artım müşahidə olunur. Kənd məktəblərində çalışan 4 minədək yaxın gənc mütəxəssis həvəsləndirici mükafatlar alır. Növbəti dərs ili üçün vakansiyaları təhlil edirik və bu günə olan məlumata görə, vakant yerlərin 63 %-i məhz həvəsləndirici tədbirlərin verildiyi ərazilərədir. Bu da 2400 yer deməkdir ki, növbəti işə qəbul mərhələsində həmin yerləri tutan gənc mütəxəsisələrə həvəsləndirmə tədbirləri şamil ediləcək.
Bir sözlə, olara kifayət qədər şərait yaradılıb. Yəni məhdudiyyət yoxdur, hər hansı kənd məktəbində fəaliyyətə başlayan gənc mütəxəssislərə həvəsləndrmə tədbirləri tətbiq olunacaq. Həvəsləndirmə tədbirləri 2010-cu ildən tətbiq edilir. Ondan əvvəl uşaq proqramı olub, o zaman həvəsləndirmə tədbirlətinin həcmi az olub. Amma bu ondan daha effektlidir. Üçüncü ildir həvəsləndirmə tədbirləri tətbiqində məhdudiyyət aradan qaldırılıb. Əvvəllər məyyən mənada seçmə yol ilə, daha çox ehtiyac olan yerlərə işləyənlərə verilirdi və sayı az olurdu. Amma indi bütün kənd məktəblərində fəaliyyətə başlayan gənc mütəxəssis həvəsləndirici tədbirlər verilir. Ona görə də o məktəblər seçilir və onlarea oarad fəaliyyətə başladıqda tədbirlər şamil olunur.
Şöbə müdiri başqa rayondan olan müəllimin digər rayonda müəllim işləmək üçün yerləşdirilməsi mexanizminə də aydınlıq gətirib: "Biz indi Müəllimlərin Yerdəyişmə üzrə müsabiqəsini başa çatdırmışıq. İki gün əvvəl imtahan, dünən isə müsahibə mərhəlsi idi. Bizim yerdəyişmə üzrə müsabiqədə ölkə üzrə 1308 nəfərin ərizəsi təstiq olunmuşdu. Onlardan 197 nəfər iş yerini dəyişmək hüququ qazandı. Onlardan 57 nəfəri Bakı şəhərinə oldu. Sevindirici haldır ki, qalan hissəsi kənd məktəblərinə iş yerini dəyişənlərdir. Kənd yerlərinə maraq xeyli çoxalıb."
Xatırlatmaq yerinə düşər ki, hazırda yeni işə başlayan müəllimin bir stavka (12 saat) dərs yükü üçün aylıq əmək haqqı 155 manat təşkil edir. Kompensasiya və stimullaşdırıcı tədbirlər də əlavə edilərsə, bundan sonra rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan gənc müəllimin əmək haqqı 315 manat təşkil edir. Stavka artdıqca əmək haqqı da müvafiq olaraq artır. Kənd rayonlarında əmək fəaliyyətinə başlamaq üçün konkret iş yerlərinə göndəriş almış gənc mütəxəssislərə, həmçinin yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədi ilə əməkhaqqının iki misli həcmində birdəfəlik yardım da ödənilir.
Gənc müəllimlər də tətbiq edilən güzəştlər onların ucqarlarda dərs deməsinə stimul verdiyini söyləyiblər. Onun sözlərinə görə, gənc müəllimlərə dövlət qayğısı onların gələcək münasibətini formalaşdırır. Vətənpərvərliyi olan müəllim dövlətin qayğısını müsbət qarşılayar və dövlətə xidmət üçün təhsil sahəsində vicdanla çalışmalıdır.
Bir sözlə, gənc müəllimlərin tədris prosesinə hazırlanması üçün Təhsil Nazirliyi tərəfindən də böyük işlər görülür. Nazirlik gənclərin ucqar rayon və kəndlərdə dərs deməsi üçün durmadan yeni layihələr, güzəşt sistemi hazırlayır. Bu sistemdə nəzərdə tutulan bütün maddələr, məsələlər gənc müəllimlərin rifahının yaxşılaşdırılmasına hesablanıb. Əminik ki, gənc müəllimlərə göstərilən dövlət qayğısından gənclər bəhrələnərək daha uğurlu işlərə imza atacaqlar.
Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az