Bu ayın ötən günlərində kirayə mənzil bazarında qısa müddətə təklif olunan evlərin qiymətində nisbətən artım müşahidə edilib. Bu, ölkəmizdə keçirilən Birinci Avropa Oyunları ilə bağlı olub.
Bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) apardığı monitorinqin nəticələrinə əsasən, bu ayın əvvəlindən başlayaraq paytaxtın bir və ikinci zonalarındakı (mərkəz) kirayə bazarında tələb yüksəlib. Qiymət artımları məhz qısa müddətli dövrdə, xüsusən 1 ay müddətinədək təklif edilən kirayə evlərdə müşahidə olunub. Belə ki, oyunları izləmək üçün ölkəmizə gələn turistlərin bir qismi öz pullarına qəanət etmək və daha uzun müddət Azərbaycanda qalmaq üçün üçün hotellərdə deyil, evlərdə yaşamağa üstünlük veriblər.
Ekspertlərin fikrincə, Avropa Oyunları başa çatıb və bundan sonra qiymətlər ucuzlaşa bilər. Kirayə ev sahibləri, xüsusən də mənzil alqı-satqısı ilə məşğul olan ofislər kirayə evlərin qiymətində güzəştə getməyə məcburdurlar.
Monitorinqlər göstərib ki, şəhərin mərkəzində bəzi mənzillərin bir aylıq kirayə haqqı hətta 2 min manatdan çox olub. Baxmayaraq ki, həmin mənzillər əvvəlki aylarda 1000-1200 manata təklif edilirdi. Bu, ölkəmizə gələn turistlərin sayının artmasından evlərin kirayə verilməsi ilə məşğul olanların süni şəkildə qazanc əldə etmək istəyi ilə bağlı olub. Amma indi daşınmaz əmlak bazarındakı vəziyyətin dəyişəcəyi gözlənilir.
ANS
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto