Koçaryan barəsində yeni cinayət işi açılıb

Koçaryan barəsində yeni cinayət işi açılıb
Ermənistan hüquq-mühafizə orqanları sabiq prezident Robert Koçaryan barəsində yeni cinayət işi açıb.

Bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan deyib.
Bu dəfə Koçaryan maliyyə fırıldağı və "çirkli pulların yuyulması” işi üzrə ittiham olunan şəxs qismində çıxış edəcək.
Vanetsyan bildirib ki, söhbət yüz milyonlarla dollardan gedir. O qeyd edib ki, paytaxtdakı "Konqress” hotelinin 6 milyon dollar rüşvət müqabilində alınması və Koçaryan ailəsinin bu mülkə necə sahibləndiyinə dair faktlar ortaya qoyulacaq.
Eyni zamanda tezliklə sabiq prezident Serj Sarqsyanın qardaşı Aleksandrın maliyyə fırıldaqları barədə məlumat açıqlanacaq. (oxu.az)
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az