Kolleclərə ixtisas seçimi başladı

Kolleclərə ixtisas seçimi başladı
Ümumi (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd təqdim edən və müsabiqə şərtlərini ödəyən abituriyentlər üçün ixtisas seçimi başlayıb. Həmin abituriyentlər iyulun 21- saat 23:59-a kimi komissiyanın internet saytında https://eservices.tqdk.gov.az/erizetex/ixtisas1/?frm=egov1 linkinə daxil olaraq ixtisas seçimi etməli və ixtisas seçimi ərizələrini təsdiq etməlidirlər. İxtisas seçimi haqqında ətraflı məlumat, qəbul aparılan ixtisaslar və plan yerləri 3 saylı "Abituriyent" jurnalında təqdim olunub.

Ümumi (9 illik) orta təhsil bazasında kolleclərin ixtisas seçimində ümumi balı 16-dan və hər bir fənn üzrə minimal balı 8-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

Modern.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az