Komitə sədri haqda şok informasiyalar...

Komitə sədri haqda şok informasiyalar...

Bu günlərdə xəbər verərək bildirmişdik ki, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin yaxın adamlarından biri Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovla bağlı ilginc ittihamlar səsləndirib.

Dia.az müəllifin anonimliyini qorumaqla, həmin ittihamlardan bəzilərini təqdim etmişdi:

"Kərəm Həsənov elinin, obasının üzünə çıxa bilməyən bir şəxsdir. Ondan dövlət xeyir görə bilməz...

Kərəm Həsənov ona çörək verən, onu hakim komandaya gətirən Fərhad Əliyevi çox biabırçı formada satdı. Bu adam Fərhad Əliyevi satdığı kimi indi də Eldar Mahmudovu satdı. Halbuki, o zaman Fərhad Əliyevi satanda Eldar Mahmudova yarınmışdı, indi də özünü qoruya bilməsi üçün əl dəyişdirir. Bu yolla hara gedir?

Kərəm Həsənov Eldar Mahmudovun cinayətkarlıqlarının bir nömrəli ortağıdır. Onu bağışlamaq olmaz. Dövlətimiz, dövləti təmsil edənlər bunu nəzərə almalıdır. Dövləti idarə edənlər hakim komandadan Kərəm Həsənov kimilərini uzaq tutmalıdır. Kərəm Həsənov Eldar Mahmudova xəyanət etsə də, onun cinayətləri danılmaz faktdır. Bu gün ona inanmaq olmaz... O, yenə də cildini dəyişəcək".

Dia.az bildirir ki, müəllif daha ağır ifadələr səsləndirir, daha ağır ittihamlara yol verir.

Onu da bildirək ki, bu gün eyni ünvandan redaksiyamıza yeni açıqlamalar daxil olub. Eyni qaynaq Dövlət Komitəsinin sədri Kərəm Həsənovla ilginc faktları açıqlayır. Mənbənin söylədikləri:

"Kərəm Həsənov vaxtilə onu siyasi arenaya çıxaran Fərhad Əliyevə xəyanət etdi. Eldar Mahmudovun tələsinə düşdü. İllər ərzində Eldar Mahmudova işlədi, dövlətə yox. Neçə sahibkar bu adamın əli ilə məhv edildi, müflis oldu. Onun bu dövlət və millət qarşısında günahı ölçüyə gəlməz.

İndi də yeni himayədar axtarıb,tapıb, ona sığınıb. Amma müvəqqətidir. Prezident hər şeyi bilir. Sabahısı Kərəm Həsənovu dar ağacından assalar belə, şübhələnməyin”

Teref.info olaraq Kərəm Həsənovun da mövqeyini işıqlandırmağa hazırıq...



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az