Koronanı Bill Qeyts buna görə yaradıb - Sensasion iddia

Koronanı Bill Qeyts buna görə yaradıb - Sensasion iddia

ABŞ Prezidenti Donald Trampın sabiq müşaviri Roger Ston "Maykrasoft”un yaradıcısı Bill Qeyts haqqında daha bir iddialar səsləndirib.

Miq.Az xəbər verir ki, siyasi müşavir Bill Qeytsin insanlara mikroçiplər taxmaq üçün koronavirusu yaratdığını iddia edib:

"Bu pandemiyanın yaranması və yayılması prosesində Bill Qeytsin rolu çox vacibdir. Qeyts və digər qlobalizmi təbliq edənlər mikroçipləri məcburi hala gətirdilər. Qlobal virusa hazırlıqlı olmalıydıq. Onu da qeyd edim ki, heç kim mənim bədənimə mikroçip yerləşdirə bilməz”.

Qeyd edək ki, koronavirusun Bill Qeytslə bağlı olması barədə bir neçə tanınmış şəxs iddia irəli sürüb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az