Koronavirusa görə xəstəxanaya aparılan iranlılarla bağlı yeni xəbər

Koronavirusa görə xəstəxanaya aparılan iranlılarla bağlı yeni xəbər
"Holiday Inn Baku" hotelinin rəhbərliyi bu hotelin iranlı müştərilərinin koronavirusla bağlı xəstəxanaya yerləşdirilməsi xəbərinə rəsmi münasibət bildirib.

Hoteldən Miq.Az-a bildirilib ki, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən hoteldə qonaqlayan 2 xarici vətəndaş yoxlamaya alınıb və koronovirusla bağlı simptomların heç biri onlarda aşkarlanmayıb:

"Həmin vətəndaşlar sərhəddən keçərkən yoxlanılıblar və 1 saylı Kliniki Tibbi Mərkəzdə təkrar yoxlanma (inkubasiya dövrü) məqsədilə qeydiyyata alınıblar. Yoxlama nəticəsində onlarda virus aşkarlanmayıb və artıq öz ölkələrinə geri dönüblər".

Qeyd edək ki, Bakıda "Holiday Inn Baku" hotelinin iki, digər hotellərin isə üç iranlı müştərisi koronavirus şübhəsi ilə həkim nəzarətinə götürülmüşdü.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az