Koronavirusa qarşı istifadə edilən dərmanla bağlı ŞAD XƏBƏR

Koronavirusa qarşı istifadə edilən dərmanla bağlı ŞAD XƏBƏR

Koronavirusun müalicəsində istifadə edilən "Remdesivir” preparatını qəbul edənlərin plasebo qəbul edənlərdən daha az öldüyü məlum olub.

"HaberGlobal” bununla bağlı ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Antoni Faucinin açıqlamasına istinadən xəbər yayıb.

Bildirlir ki, virusa qarşı "Remdesivir” qəbul edən xəstələr plasebo qəbul edənlərə nisbətən 31 faiz sürətlə sağalıblar.

Eyni zamanda, sözügedən preparatı qəbul edən xəstələrdə müşahidə olunan ölüm nisbətinin 8 faiz, plasebo qəbul edən xəstələrdə isə eyni göstəricinin 11,6 faiz təşkil etdiyi qeyd olunur.

Fauci "Remdesivir”in COVID-19-u müalicə etmək üçün "qapıları açdığını” deyib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az