Koronavirusla bağlı sevindirici xəbər

Koronavirusla bağlı sevindirici xəbər

Bu ilin fevral ayından bəri dünya miqyasında COVID ölümləri demək olar ki, 90% azalıb. Lakin beynəlxalq ictimaiyyət yeni ştammların yayılmasını nəzərə alaraq ayıq olmalıdır.

Publika.az xəbər verir ki, bu barədə çərşənbə günü Cenevrədə keçirdiyi brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus söyləyib.

Koronavirusdan ölənlərin sayının azaldığı şad xəbərini verın Tedros Adhanom deyib ki, keçən həftə COVID-19-dan 9,4 mindən bir qədər çox ölüm halı olub:

"Bu, həftəlik qeydə alınan ölümlərin sayının 75 minə çatdığı bu ilin fevral ayı ilə müqayisədə demək olar ki, 90% azdır. Biz uzun bir yol qət etmişik və bu, şübhəsiz ki, nikbinlik üçün səbəbdir. Buna baxmayaraq, biz bütün hökumətləri, icmaları və insanları ayıq-sayıq olmağa çağırmağa davam edirik”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az