Kreml "Vaqner"in Baxmutdan çıxmasına dair qərarını şərh etməkdən imtina edib

Kreml
Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov "Vaqner” muzdlu hərbi təşkilatının mayın 10-da Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərindən çıxacağına dair qərarını şərh etməkdən imtina edib.

"Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, o, bununla bağlı sualı cavabsız qoyub.

"Mən bunu şərh edə bilmərəm”, - D.Peskov söyləyib.

O, "Vaqner”in Baxmutdan çıxacağından xəbərdar olduğunu bildirib.

Qeyd edək ki, "Vaqner”in rəhbəri Yevgeni Priqojin qoşunların mayın 10-da Baxmutdan çıxacağını açıqlayıb.

Xatırladaq ki, 7 aydan çoxdur ki, Baxmutda gərgin döyüşlər gedir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az