Kreml Vardanyandan əlini üzdü - Politoloq

Kreml Vardanyandan əlini üzdü - Politoloq
Qarabağ separatçılarının başında dayanan Araik Arutyunyan susarkən Ermənistanın Baş naziri Nikol Paşinyanı Ruben Vardanyan hədələyib. Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanıyan sülh sazişinə imza atarsa, Ruben Vardanyan heç nə edə bilməz. Kreml zamanında Vardanyanı Qarabağa ona görə göndərdi ki, o bir müddət sonra Araik Arutyunyanın yerinə keçsin. Kremlin sonrakı planı Vardanyanı Ermənistana transfer etmək və onu hakimiyyətdən uzaqlaşdırılacaq Paşinyanın kreslosunda oturtmaq olub.

Miq.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq Kremlin heç bir planının reallaşmadığını vurğulayıb:

"Çünki Ruben Vardanyanın ermənilər içərisində nüfuzu aşağı olduğuna görə ona dəstək azdır. Ona görə də bu, Kremlin Vardanyandan əlini üzməsiylə nəticələndi. Həmçinin, Vardanyanın Qarabağda yaratdığı "hərəkat”da elə bir gücü yoxdur. Odur ki, Vardanyanın Paşinyana barmaq silkələməsi Ermənistanın baş naziri üçün təhlükəli deyil”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az